Siyasət 2-03-2026, 18:05

Bəhreyn limanında ABŞ tankerinə hücum edildi


ABŞ bayrağı altında Hind okeanında üzən Stena Imperative tankeri Bəhreyn limanında lövbər salarkən raketlə vurulub.

Planetinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, tankerin heyəti gəmini tez bir zamanda tərk edib və xəsarət almayıb.

Gəmiyə hücum barədə ilk məlumat verən Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi olub.

Onların sözlərinə görə, daha sonra tankerdə yanğın baş verib, lakin yanğın söndürülüb.

Xəbər lenti