Siyasət 3-03-2026, 16:30

"İranın nüvə silahı hazırladığına dair dəlil yoxdur, bu, müharibənin yeganə səbəbidir" - Lavrov

"ABŞ-nin İranın uranı zənginləşdirmədən imtina etməsi tələbi realdır".

Planetinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bruney Darüssalamın xarici işlər naziri İrəvan Yusofla keçirdiyi mətbuat konfransında deyib.

"İranın dünyada bütün digər dövlətlərə məxsus olan bu hüquqdan imtina edən yeganə ölkə olması lazım olduğunu demək real deyil", - deyə Lavrov bildirib.

Nazir əlavə edib ki, MAQATE və ABŞ kəşfiyyatı İranın nüvə silahı hazırlamadığına dair təsdiqə malikdir.

O əlavə edib ki, İranın nüvə silahı hazırladığına dair hələ də heç bir dəlil yoxdur və bu, müharibənin yeganə səbəbidir.

Xəbər lenti