Siyasət 3-03-2026, 17:30

Lavrov: "Yaxın Şərq üzrə konfrans keçirilməsi hazırda çox əlverişli olardı"

"Rusiyanın illərdir təklif etdiyi Yaxın Şərq konfransı regiondakı gərginliyi nəzərə alaraq çox məqsədəuyğun olardı".

Planetinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov mətbuat konfransında deyib..

İsrailin Livana endirilən zərbələrin səbəbləri ilə bağlı açıqlamalarını şərh edən Rusiya diplomatiyasının rəhbəri vurğulayıb ki, bir araya gəlib bütün məsələləri həll etməsək, bu vəziyyət belə də qalacaq.

Onun sözlərinə görə, bütün iştirakçıların müdafiə etmək, sübut etmək, izah etmək və maraqlar balansını axtarmaq imkanına malik olduğu bir forum olmadığı təqdirdə, bölgədəki bütün problemləri ayrı-ayrı güclərin həll etdiyi ortaya çıxır.

Xəbər lenti