Siyasət / Dünya Bugün, 14:18

Akopyan keçmiş ərinin təbliğatına başladı

Bir neçə gün əvvəl Ermənistan Baş naziri Nikol Paşinyandan ayrılan Anna Akopyan keçmiş həyat yoldaşının təbliğatını aparmağa başlayıb.

Planetinfo.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.

Nəşr yazıb ki, baş nazirin keçmiş xanımı Armavirdə keçirilən bir ziyafətdə hamının təəccübünə səbəb olub:

“Anna Akopyan masa arxasında yenidən Nikol Paşinyanın lehinə lobbiçilik edib. O deyib ki, nə olur-olsun, ölkəni xilas edə biləcək yeganə insan Paşinyandır.

Mənbələrin məlumatına görə, o elə bir mövqe tutub ki, guya onun Paşinyandan ayrılmasının heç bir əhəmiyyəti yoxdur və uyğun fürsət yaranarsa, yenə də onu dəstəkləməyə hazırdır”.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Xəbər lenti