"Avropa İttifaqı ABŞ-nin İrana hücumlarından sonra beynəlxalq hüququ qorumaq üçün kifayət qədər iş görməyib və Ursula fon der Leyen blokun xarici siyasətində iştirakını artırmaqla məndatını aşmağa davam edir".
Planetinfo.az xəbər verir ki, bu sözləri Aİ-nin sabiq xarici işlər naziri Cozef Borrell deyib.
“Bu müharibə beynəlxalq hüquqa birbaşa ziddir. Biz enerji qiymətlərinin artması şəklində nəticələrdən əziyyət çəkirik.
O, Aİ-ABŞ ticarət sazişinin dayandırılmasına çağırış edib.
"Bu saziş əvvəldən ədalətsiz idi. Bundan əlavə, hətta ABŞ Ali Məhkəməsi də bu tarifləri konstitusiyaya zidd hesab etdi və inanıram ki, yeni 15% əlavə ödənişin də hüquqi əsası yoxdur", - keçmiş Aİ xarici siyasət rəhbəri qeyd edib.