Siyasət 21-11-2025, 19:13

Ədliyyə sistemi bir daha sübut edir ki, ədalətin təmsilçisi olmaq şərəfdir




"Azərbaycan Ədliyyəsi 107 illik tarixinə qürurla baxır. Çünki bu tarix çətinliklərdən doğan gücün, məsuliyyətdən doğan nüfuzun, vicdandan doğan ədalətin tarixidir".

Planetinfo.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, bu yolun hər addımı dövlətçiliyimizin inkişafına, cəmiyyətimizin sabitliyinə, insan hüquqlarının qorunmasına və qanunun aliliyinin təmininə xidmət edib:

"Bu gün ədliyyə sistemi bir daha sübut edir ki, ədalətin təmsilçisi olmaq şərəfdir, bu şərəfi daşımaq isə böyük cəsarət tələb edir. Ədliyyə işçisinin vicdanı dövlətin güzgüsüdür, prinsipi isə hüququn təməl daşlarından biridir. Məhz buna görə Azərbaycan ədliyyə sistemi daim güclənir, yenilənir və xalqın güvəndiyi ən mötəbər dayaqlardan birinə çevrilir".

Anar

Xəbər lenti