Siyasət Bugün, 17:11

Prezidentin azad olunmuş ərazilərə hər bir səfəri vətəndaşlarımızda güvən hissini artırır




"Artıq beş ildir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Novruz bayramını azad edilmiş ərazilərdə qeyd edərək orada bayram tonqalları yandırır, bayramı Qarabağ və Şərqi Zəngəzura qayıtmış vətəndaşlarımızla birlikdə qeyd edir".

Planetinfo.az xəbər verir ki, bunları "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, dövlət başçısının bayram günlərində azad edilmiş ərazilərə səfəri Böyük Qayıdışı nəticəsində öz doğma torpaqlarına qayıdan vətəndaşlarımızda böyük fərəh hissi yaradır, eyni zamanda onlarda güvən formalaşır:

"Cənab Prezidentin azad edilmiş ərazilərə hər bir səfəri eyni zamanda yeni-yeni yaşayış məntəqələrinin təməlinin qoyulması, sosial obyektlərin açılış mərasimi ilə yadda qalır. Bu da öz növbəsində Böyük Qayıdış prosesinin sürətlənməsinə yol açır. Nəticə etibarilə, Qarabağ və Şərqi Zəngəzura yeni həyat, yeni nəfəs gəlir".

Arzuman Muradlı, "Artıq işğaldan azad edilmiş ərazilər, orada turizm üçün yaradılan şərait təkcə öz vətəndaşlarımız deyil, eləcə də xarici ölkə vətəndaşlarının bu dilbər guşəmizə olan marağını artırır, azad Qarabağa səfər etmək istəyən xarici turistlərin sayı çoxalır",-deyə vurğulayıb.

Anar

Xəbər lenti