Yaponiya şirkətləri ilə əlaqəli üçüncü gəmi Hörmüz boğazından keçi.
Planetinfo.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən gəmi Yaponiyanın Mitsui OSK Lines şirkətinin Hindistanda qeydiyyatdan keçmiş törəmə şirkətinə məxsusdur. Bu, ABŞ və İsrailin İrana hücumları başlayandan bəri boğazdan təhlükəsiz şəkildə keçən Yapon şirkətləri ilə əlaqəli üçüncü gəmidir. Yaponiyanın Mitsui OSK Lines şirkətinə məxsus yük daşıyan daha iki gəmi əvvəllər bu ərazidən keçib.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tokio ilə məsləhətləşmələrdən sonra Tehranın Yaponiyaya gedən gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazır olduğunu bildirib.