Siyasət 26-11-2025, 17:18

Zelenski son cəhdlərini edir ki, ölkəsini maksimum itkilərdən xilas etsin



"Qərb və Ukrayna onsuz da Birləşmiş Ştatlardan asılı vəziyyətdədir və indiki durumda edə biləcəkləri bir şeylər də yoxdur. Zelenski də reallıqları doğru düzgün qiymətləndirdiyindın ciddi müqavimət göstərə bilmir".

Bunu Planetinfo.az-a siyasi şərhçi Əli Orucov Trampın sülh planına Kiyev və Qərbdən olan reaksiyalara münasibət bildirərkən səsləndirib. Əli Orucov qeyd edib ki, Zelenski bacardıqlarını etdi və hazırda da edir:

"Bundan artığını zatən Ukrayna xalqı ondan gözləmir. Müharibənin bitməsi onun da prezidentliyinin bitməsi olacaq. Zelenski son cəhdlərini edir ki, ABŞ və Rusiyanın bazarlaşması fonunda ölkəsini maksimum itkilərdən xilas etsin. Ukraynanın gələcəyini etibarlı sığortalasın".

Anar

Xəbər lenti