Çempionlar Liqasında yeddi klub UEFA tərəfindən verilən mükafatlarda 100 milyon avro həddini keçib.
Planetinfo.az xəbər verir ki, bu barədə "Football Meets Data" məlumat yayıb.
Yarımfinal mərhələsinin yekunlarına əsasən siyahıya “Bayern” (127,3 milyon avro) başçılıq edir. İkinci pillədə “Arsenal” (124,7 milyon avro) qərarlaşıb.
Onları PSJ (120,9 milyon), “Liverpul” (109,5 milyon), “Atletiko” (104,2 milyon), “Real” (102,6 milyon) və “Barselona” (100,3 milyon) izləyir.
Qeyd edək ki, hər bir Çempionlar Liqası iştirakçısı turnirdə iştirak üçün 18,6 milyon avro qazanır. Digər gəlirlər isə komandanın nəticələrinə, televiziya bazarına və son 5-10 ildəki çıxış göstəricilərinə əsasən hesablanır.
Avropa Liqasında mükafat gəlirlərinə görə lider “Aston Villa”dır (28 milyon avro), Konfrans Liqasında isə birinci yeri “Şaxtyor” tutur (14 milyon avro).