Gündəm Bugün, 18:30

Əlinizlə bu hərəkəti edin: Artrit olub-olmadığını 1 dəqiqəyə öyrənin




Britaniyalı ortoped-cərrah Tom Neylor "BBC Morning Live" verilişində oynaqların vəziyyətini cəmi bir dəqiqəyə müəyyən etməyin ən sadə yolunu açıqlayıb.

Planetinfo.az "Daily Mirror"a istinadən xəbər verir ki, həkim əl hərəkəti ilə artriti üzə çıxarmağın sirrini bölüşüb.

Mütəxəssis artritin yalnız diz və çanaq nahiyəsində deyil, əllərdə də ciddi fəsadlar yaratdığını bildirib. Xüsusilə baş barmağın dibindəki oynaq gündəlik həyatda ən çox yüklənən və aşınmaya meyilli hissədir.

Neylorun sözlərinə görə, problemdən şübhələnirsinizsə, baş və şəhadət barmağınızı bərk sıxın. Əgər bu hərəkət zamanı kəskin ağrı hiss edirsinizsə, bu, oynağın yeyilməsi və iltihabın (artritin) ilkin əlaməti ola bilər. Belə halda dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Həkim xəbərdarlıq edib ki, ağrı hiss etdiyiniz an yüklənməni azaltmalısınız. Məsələn, fincanı tək əllə deyil, bir əlinizlə dibindən dəstəkləyərək tutmaq oynağı qoruyur. Erkən mərhələdə xüsusi məşqlər kömək etsə də, gecikmiş hallarda cərrahi müdaxilə qaçılmaz olur.

Xəbər lenti