Sosial Bugün, 13:04

Ali məktəbə qəbul olmaq istəyənlərin nəzərinə



Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyənlər üçün Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir.

Planetinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, abituriyentlər aprelin 29-dək qeydiyyatdan keçmək üçün ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri"nə də müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universitetində, Sumqayıt şəhəri üzrə Sumqayıt Dövlət Universitetində, Gəncə şəhəri üzrə Azərbaycan Dövlət Aqrar Universitetində və DİM-in Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.

Ünvanlarla bu keçiddən tanış olmaq mümkündür.

Xəbər lenti