İsrailin təhlükəsizliyinin təmin edilməsi digər ölkələrin təhlükəsizliyi hesabına başa gələ bilməz.
Planetinfo.az xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel deyib.
“Biz uzun müddətdir ki, İsrailə dəstəyimizi ifadə edirik və eyni zamanda, bütün Yaxın Şərqin sabitliyinin bizim üçün də vacib olduğunu deyirik. Bu o deməkdir ki, İsrailin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına təmin edilə bilməz”, - deyə Çexiya Prezidenti “Mlada fronta Dnes” qəzetinə verdiyi müsahibədə deyib.
Pavel Çexiyanın bölgədəki ərəb ölkələri ilə çox yaxşı əlaqələri olduğunu və ölkəsinin Yaxın Şərqdə sülhə nail olmağa kömək edə biləcək hər şeydə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.