Siyasət 28-11-2025, 15:09

2025-ci il Azərbaycan üçün uğurlu oldu




"Başa vurmaqda olduğumuz 2025-ci il bütün parametrlər üzrə Azərbaycan üçün uğurlu oldu. Xüsusilə, diplomatiya, xarici siyasət sahəsində rəsmi Bakı aktivinə bir neçə uğurlar yazdı".

Planetinfo.az xəbər verir ki, bunları politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, il ərzində diplomatiya sahəsində əldə edilən ən böyük nailiyyət Vaşinqtonda Ermənistanla sülh müqaviləsinin paraflanması oldu:

"Bu, Azərbaycanın 44 günıük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin diplomatik müstəvidə təsdiqi və beynəlxalq aləm tərəfindən bir daha qəbul edilməsi idi. Birləşmiş Ştatlar prezidenti Donald Trampın da iştirakı ilə baş tutan bu görüşlə Azərbaycan diplomatik qələbəyə damğasını vurdu".

Politoloq deyib ki, il ərzində Cənab Prezidentin bir sıra beynəlxalq təşkilatlarda iştirakı və əldə edilən nəticələr, eləcə də ölkəmizin bir neçə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsi 2025-ci ildə əldə etdiyimiz uğurlar sırasındadır.

Anar

Xəbər lenti