“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi təkcə bir qurumun deyil, eləcə də milli elmin, ağıl və zəkanın, elmi ənənələrin parlaq bayramı idi. 2025-ci il noyabrın 3-də bu tarixi gündə Prezident İlham Əliyevin etdiyi çıxış isə təkcə yubiley nitqi deyil, Azərbaycan elminin gələcək inkişafı üçün strateji baxış idi”.
Planetinfo.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Əlirza Abdullayev səsləndirib. O qeyd edib ki, çıxışın əsasını iki əsas mövzu təşkil edirdi: “Yaddaş və gələcəyə inam. Prezident Əliyev, AMEA-nın yaranmasında və formalaşmasında böyük rol oynamış şəxsiyyətlərin, akademiklərin adlarını xatırladaraq, onların Azərbaycan elminin təməl daşlarını qoyduğunu vurğuladı. 80 illik tarixin yalnız rəqəmdən ibarət olmadığını, hər bir illin ölkənin elmi potensialının artırılması, beynəlxalq aləmdə tanınması uğrunda mübarizə ilə dolu olduğunu bildirdi. Bu, gənc nəsillər üçün nümunə və ilham mənbəyi kimi qiymətləndirildi”.
Hakim partiya təmsilçisi qeyd edib ki, nitqin ən diqqətçəkən hissəsi, elmin müasir dövrün tələblərinə uyğun inkişafına həsr olunmuşdu:
“Prezident qeyd etdi ki, XXI əsrdə elm təkcə fundamental tədqiqatlar mərkəzi deyil, eyni zamanda iqtisadiyyatın, sosial sahənin və təhlükəsizliyin inkişafının əsas hərəkətverici qüvvəsidir”.
Füzuli