"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinə yeni müavin təyin olunub.
Planetinfo.az xəbər verir ki, müvafiq əmrlə Emil Əhmədov sözügedən vəzifəyə gətirilib.
Qeyd edək ki, Emil Əhmədov bundan əvvəl "Bakı Metropoliteni" QSC sədirinin müşaviri idi. O, daha əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yük daşımaları departamentinin rəhbəri olub.
Onu da qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovdur.