Bu gün Azərbaycanda qısa iş günüdür.
Planetinfo.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Bu səbəbdən Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar olaraq bu gün ölkə üzrə qısaldılmış iş günü hesab olunur.
Qeyd edək ki, Novruz və Ramazan bayramları münasibətilə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri (ardıcıl 11 gün) qeyri-iş günləri olacaq.