Bu gün Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Planetinfo.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 367 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətti və Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 14:00-dan 16:30-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əmi Məmmədov, Aşağı qəsəbə küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.