Sosial Bugün, 17:45

Azərbaycanın mobil rabitə gəlirləri artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 205,3 milyon manat gəlir əldə edilib.

Planetinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.

Təkcə fevralda isə adıçəkilən xidmətlərdən 92 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.

Xəbər lenti