Dünya 25-11-2025, 06:09

Tramp Zelenskini Ağ Evdə qəbul etməkdən imtina edib

Tramp Zelenskini Ağ Evdə qəbul etməkdən imtina edib
ABŞ prezidenti Donald Tramp Ukraynanın maliyyə problemlərini həll etmək istəmədiyi üçün Vladimir Zelenskini Ağ Evdə qəbul etməkdən imtina edib.

Planetinfo.az xəbər verir ki, bu fikri Britaniyanın istefada olan diplomatı Alastair Crook “Deep Dive” YouTube kanalında səsləndirib.

Onun sözlərinə görə, ukraynalılar iqtisadi vəziyyətlərinə və mövqelərini qoruyub saxlaya bilməmələrinə görə çıxılmaz vəziyyətdə qalıblar.

"Trampın bu problemlərə ehtiyacı yoxdur, eynilə Zelenskinin özü kimi", - RİA Novosti diplomatın sözlərindən sitat gətirir.

Nəsimi

Xəbər lenti