Gündəm / İdman
25-04-2026, 17:25
"Sumqayıt" "İmişli"ni məğlub etdi
Misli Premyer Liqasında XXIX tura start verilib.
Planetinfo.az xəbər verir ki turun açılış matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.
Quba Olimpiya İdman Kompleksində keçirilən görüş, Sumqayıt komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Aleksandr Ramalinqom 34 və 85-ci dəqiqədə fərqlənməklə dubla imza atıb. Bu nəticədən sonra "Sumqayıt" 38 xalla 7-ci pillədə yer alıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.
Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.