Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara qayıtmasının qarşısını almaq üçün təkliflər hazırlamaq niyyətindədir.
Bu barədə “DWS News” məlumat yayıb.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Şurasının iclasından sonra müvafiq açıqlama ilə çıxış edib.
“Nazirlər Rusiya və Belarus idmançılarının beynəlxalq idman yarışlarına qayıtmasının qarşısını almaq üçün tədbirləri müzakirə etdilər. Mədəniyyət sahəsində də oxşar vəziyyətlə qarşılaşırıq. İdman və mədəniyyət Rusiyanın təcavüzünü haqlı çıxarmaq üçün alətə çevrilməməlidir.
Bugünkü müzakirədən sonra xidmətlərim Avropa Komissiyası ilə birlikdə Rusiyanın qlobal idmanda təcridini qorumaq üçün təkliflər hazırlayacaq. Bu, Ukraynanın mədəni irsini məhv edənlərə qarşı əlavə sanksiyalarla paralel olaraq baş verə bilər”, – Kallas bildirib.