Gündəm / Siyasət Bugün, 18:00

Ermənistandan Zəngəzur dəhlizi açıqlaması: Təsdiq üçün parlamentə göndərilir

Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan Milli Assambleyada jurnalistlərə bildirib ki, TRIP sazişinin bu ay təsdiq üçün parlamentə təqdim edilməsi planlaşdırılır.

Onun sözlərinə görə, konkret tarix hələlik məlum deyil, hazırda texniki məsələlər həll olunur.

Abisoqomonyan məsələ ilə bağlı suala cavab olaraq bildirib ki, "ən azı oktyabr ayının sonlarında planlaşdırılır".

Sentyabrın 16-da Ermənistan Konstitusiya Məhkəməsi TRIP müqaviləsinin Əsas Qanuna uyğun olduğunu tanıyıb.

Bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan Tramp Marşrutunun (TRIPP) tikintisinə 2027-ci ilin əvvəlində başlana biləcəyini bildirmişdi.

Xəbər lenti