Silah qaydalarının pozulması nəticəsində bir erməni hərbçisi yaralanıb.
Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Nazirlik qeyd edib ki, "hərbçinin həyatı təhlükədə deyil".
Ermənistan mediası əvvəllər müqaviləli əsgər Yeprem Gevorkyanın çiynindən güllə yarası alaraq xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
O, hazırda Muratsan Xəstəxanasında müalicə alır.