Gündəm 27-04-2026, 18:30

Bu küçədə hərəkət birtərəfli təmin ediləcək



Vladislav Plotnikov küçəsində hərəkət birtərəfli təmin ediləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu dəyişiklik Nəqliyyatın Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən icra olunur.

"Öncə yolda nəqliyyat vasitələrinin qarşı-qarşıya hərəkəti zamanı avtomobillər bir-birinə mane olduğundan hərəkət təhlükəsizliyi qorunmurdu", - məlumatda vurğulanıb.

Xəbər lenti