Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub.
Planetinfo.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Qəbələ stansiyasından 11 km cənub-qərbdə, zəlzələ ocağı 42 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3-5 bala qədər hiss olunub.