Gündəm 29-04-2026, 19:00

Bakıda 2 nəfərin zəhərlənməsi faktı üzrə araşdırma aparılır



Bakıda bir nəfərin dəm qazından ölməsi, digər şəxsin zəhərlənməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Planetinfo.az -a Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, aprelin 28-də paytaxtın Xətai rayonu ərazində yerləşən evlərdən birində 2007-ci il təvəllüdlü Yusif Atalayın dəm qazından zəhərlənərək ölməsi, 2012-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxsin isə zəhərlənməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti