Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Ukraynanın şəhərdəki neft terminalına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini təsdiqləyib.
Bu barədə qubernator öz teleqram kanalında yazıb.
"Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Sankt-Peterburq və Leninqrad vilayətinə PUA-ların hücumunu dəf edib. Zərbə şəhərin Kirov rayonundakı neft terminalının ərazisinə endirilib. Xəsarət alan yoxdur", - o qeyd edib.
A.Beqlov vurğulayıb ki, ümumilikdə HHM qüvvələri tərəfindən 72 PUA vurulub.