Gündəm 5-08-2026, 18:10

Atasının meyitini illərlə soyuducuda saxladı - Məqsədi nə olub?



Yunanıstanda 55 yaşlı kişi atasının pensiyasını almağa davam etmək üçün onun meyitini illərlə istifadəsiz bir hotelin zirzəmisindəki soyuducuda saxlayıb.

Bu barədə “Kathimerini” nəşri məlumat yayıb.

Polisin məlumatına görə, 90 yaşlı kişi təbii səbəblərdən vəfat edib və hadisə ilə bağlı qətl şübhəsi yoxdur.

Şübhəli atasının təxminən iki il yarım əvvəl öldüyünü və cəsədi dondurucuya qoyduğunu etiraf edib. Lakin kənd sakinləri yaşlı kişini ən azı dörd ildir görmədiklərini bildiriblər.

Onun barəsində dələduzluq, yalan ifadə vermək və odlu silah qanununu pozmaq maddələri ilə cinayət işi başlanılıb.

Atanın ölümünün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.

Xəbər lenti