Gündəm / Siyasət / Dünya Bugün, 20:30

İran Azərbaycan və bu üç ölkəyə çağırış etdi



“Tehran hesab edir ki, Xəzəryanı ölkələr (Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya və İran) dənizdə təhlükəsizlik məsələləri üzrə daha çox məsləhətləşmələr aparmalıdır”.

Bunu İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbehani deyib.

“Xəzər dənizində düz başlanğıc xətlərinin müəyyənləşdirilməsi metoduna dair qarşılıqlı anlaşmaya nail olmaq üçün qarşımızda hələ uzun yol var. Narkotiklərlə mübarizə, brakonyerliyə qarşı mübarizə, elmi tədqiqatlar sahəsində əməkdaşlıq, Xəzər dənizinin ətraf mühitinin monitorinqi və bu barədə məlumat mübadiləsi kimi daha detallı, amma mühüm məsələlər üzrə uzunmüddətli danışıqlar davam edir. Həmçinin Xəzər dənizində hərbi sahədə etimadın möhkəmləndirilməsi üzrə əməkdaşlıq haqqında sazişin tamamlanması və inkişaf etdirilməsi prosesində daha çox məsləhətləşmələr aparılmalıdır”, - diplomat bildirib.

Səfir qeyd edib ki, ABŞ və İsraillə müharibə zamanı İranın Xəzər dənizi sahilində yerləşən şəhərləri və limanları hücumlara məruz qalıb: “Bundan başqa, bir müddət əvvəl İranın ticarət gəmisinə Rusiya sahilləri yaxınlığında Ukrayna tərəfindən hücum edilib”.

Xəbər lenti