Gündəm Bugün, 18:50

Cinsiyyət dəyişdirmə əməliyyatlarının maliyyələşdirilməsi qadağan edildi



ABŞ prezidenti Donald Tramp yetkinlik yaşına çatmayanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatları və hormon terapiyasının federal büdcədən maliyyələşdirilməsini qadağan edib.

Tramp qərarla bağlı “Truth Social” platformasında paylaşım edib. O, uşaqlara zərər vuran “barbar praktikalar”a imkan verməyəcəyini bildirib.

Qadağa aztəminatlı şəxslərə tibbi yardım göstərən Medicaid proqramı çərçivəsində federal vəsaitlərə şamil olunur. Bununla belə, özəl klinikalar bu cür əməliyyat və müalicələri davam etdirə bilər.

Tramp son 1,5 il ərzində ABŞ-da onlarla xəstəxananın yetkinlik yaşına çatmayanlara gender keçidi ilə bağlı tibbi xidmətlər göstərməkdən imtina etdiyini xatırladıb və bunu düzgün istiqamət kimi qiymətləndirib. Onun sözlərinə görə, bu praktikalardan bəziləri uşaqlara geri dönməz zərər vura bilər.

Qərar ABŞ cəmiyyətində yeni mübahisələrə səbəb olub. Hüquq müdafiəçilərinin məsələyə reaksiya verməsi gözlənilir.

Qeyd edək ki, Tramp 2025-ci ildə də uşaqlar üçün gender keçidi ilə bağlı tibbi yardıma məhdudiyyətlər tətbiq etmişdi. 2026-cı ilin iyununda isə respublikaçılar oxşar qanun layihələrini gündəmə gətirmişdilər.

Tramp həmçinin tərəfdarlarını qarşıdakı seçkilərdə Respublikaçılar Partiyasını dəstəkləməyə çağırıb.

Xəbər lenti