Rusiyanın “Kalaşnikov” konserni zirehli jiletləri deşə biləcək yeni çaplı patron üzərində işləyir.
Bunu konsernin rəhbəri Alan Luşnikov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, şirkətdə yeni ballistik həll üzərində iş aparılır. Luşnikov qeyd edib ki, yenilik yalnız zirehli müdafiə vasitələrinə qarşı effektivliyin artırılması ilə məhdudlaşmayacaq.
Konsern rəhbərinin sözlərinə görə, yeni sursatın hazırlanmasında birbaşa döyüş zamanı atəş məsafəsinin artırılması da nəzərdə tutulur.
Luşnikov vurğulayıb ki, Rusiya ordusu texniki və texnoloji baxımdan rəqibdən üstün olmalıdır.
“Bizdə belə işlər aparılır. Yeni ballistik həll üzərində iş gedir”, - deyə o bildirib.