Gündəm / Dünya Bugün, 20:00

Mask bu ölkəni almaq istəyir: Neçəyədir?



Amerikalı milyarder İlon Mask Britaniyanı almaq üçün nə qədər pul lazım olduğunu soruşub.

Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Neçəyədir?” - deyə milyarder sual ünvanlayıb.

Onun bu sualı satirik “The Babylon Bee” saytının paylaşımına cavab olub. Paylaşımda Maskın Britaniyanı “ölkə vətəndaşlarına söz azadlığını qaytarmaq” məqsədilə almaq istədiyi iddia edilib.

Maskın yazdığı ifadə 2017-ci ildə də gündəmə gəlmişdi. O zaman bir istifadəçi ona “Twitter”i almağı təklif etmiş, milyarder isə eyni şəkildə “Neçəyədir?” sualını vermişdi. Bir müddət sonra Mask həqiqətən də “Twitter”i satın aldı.

Qeyd edək ki, bundan əvvəl İlon Mask Britaniyanın internetdə yazılan şərhlərə görə həbslər üzrə dünya lideri olduğunu iddia edən paylaşımı da “X”də yayımlamışdı.

“Britaniya hökuməti niyə bu qədər faşistdir?” - deyə sahibkar yazmışdı.

Xəbər lenti