Rusiya prezidenti Vladimir Putin Yaponiyanın Rusiyadan heç bir təhlükə gözləməməli olduğunu bildirib.
Putin Uzaq Şərqə işgüzar səfəri zamanı “Varyaq” raket kreyserindən çıxışı zamanı Moskvanın Tokioya qarşı heç bir ərazi və digər iddiasının olmadığını deyib.
Rusiya lideri bildirib ki, Moskva Yaponiya ilə mehriban qonşuluq münasibətlərinin inkişafında maraqlıdır. Onun sözlərinə görə, Uzaq Şərqdə keçirilən hərbi təlimlər Yaponiyaya qarşı yönəlməyib və Rusiyanın sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Sakit Okean Donanmasının təlimləri avqustun 4-də başlayıb. Təlimlərə 13 mindən çox hərbçi, 60-a yaxın gəmi və sualtı qayıq, həmçinin 30-a yaxın təyyarə və helikopter cəlb olunub.
Qeyd edək ki, Tokio son illərdə Kuril adalarında Rusiyanın hərbi fəaliyyətinin güclənməsindən narahatlığını dəfələrlə ifadə edib və adaları “Şimal əraziləri” adlandırır. Rusiya isə bölgədə müdafiə qabiliyyətini gücləndirəcəyini bildirir.