Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələrinə dair statistik məlumatları açıqlayıb.
İmtahanda ən böyük rəqabət I istiqamət – Tibb (müalicə işi, pediatriya) üzrə qeydə alınıb. Bu istiqamətdə biliklərin qiymətləndirilməsi imtahanında ümumilikdə 728 namizəd iştirak edib.
Açıqlanan statistikaya əsasən, bu istiqamət üzrə qeydə alınan minimal bal 24, maksimal nəticə isə 93 bal olub.
Müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılan namizədlərin (50 və daha çox bal toplayanlar) ballar üzrə paylanması isə aşağıdakı kimidir:
Bal intervalları
Namizədlərin sayı
Cəmi
96 - 100
0
0
91 - 95
1
1
86 - 90
3
4
81 - 85
23
27
76 - 80
58
85
71 - 75
87
172
66 - 70
119
291
61 - 65
141
432
56 - 60
119
551
51 - 55
66
617
50
15
632
DİM namizədlərə müraciət edərək bildirib ki, ixtisas seçiminin uğurlu olması üçün mövcud müsabiqə vəziyyətinin reallığını-plan yerlərini və balların paylanma sırasındakı yerlərini düzgün qiymətləndirmək vacibdir.
Qeyd edilib ki, statistikaya Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin namizədlərinin sayı daxil edilməyib.
Aşağıdakı cədvəllərdə digər istiqamətlər və ballar üzrə histoqramlarla tanış ola bilərsiniz:
II istiqamət – Stomatologiya
Minimal bal : 22.000
Maksimal bal : 88.000
Namizədlərin sayı : 113
Ballar üzrə histoqram
Bal intervalları
Namizdlərin sayı
Cəmi
96 - 100
0
0
91 - 95
0
0
86 - 90
2
2
81 - 85
5
7
76 - 80
10
17
71 - 75
15
32
66 - 70
9
41
61 - 65
9
50
56 - 60
15
65
51 - 55
16
81
50
4
85
III istiqamət – İctimai səhiyyə
Minimal bal: 30.000
Maksimal bal: 78.000
Namizədlərin sayı: 80
Ballar üzrə histoqram
Bal intervalları
Namizədlərin sayı
Cəmi
96 - 100
0
0
91 - 95
0
0
86 - 90
0
0
81 - 85
0
0
76 - 80
2
2
71 - 75
8
10
66 - 70
13
23
61 - 65
7
30
56 - 60
14
44
51 - 55
15
59
50
2
61