Gündəm / Hadisə / Dünya Bugün, 18:00

Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq



Sentyabrın 25 və 26-da Günəşdə M sinifli güclü partlayışlar baş verə bilər.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu proqnoz yayıb.

Mütəxəssislərin məlumatına görə, yaxın iki gün ərzində Günəş aktivliyi ümumilikdə aşağı səviyyədə qalacaq. Bununla belə, M sinifli partlayışların baş verməsi istisna edilmir.

Sentyabrın 25-də geomaqnit sahənin qeyri-sabit olması mümkündür. Növbəti gün isə əsasən sakit vəziyyət gözlənilir, lakin ayrı-ayrı dövrlərdə qeyri-sabitlik yarana bilər.

Xəbər lenti