Azərbaycanda kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramının icrasına start verilib.
Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
Nazirin sözlərinə görə, proqram çərçivəsində əsas hədəflərdən biri kənd təsərrüfatı məhsullarının, eləcə də ət istehsalının artırılmasıdır.
Məmmədov qeyd edib ki, ət istehsalında artım təmin olunduqca bazarda qiymətlərin də daha sabit olması gözlənilir.