Gündəm Bugün, 19:22

Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü



Zaqatalada narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb.

Onun üzərindən 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

F.Buğluyev narkotik vasitəni satmaq məqsədilə sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Buğluyev barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti