ABŞ-ın San-Fransisko şəhərində yerləşən “OpenAI” ofislərindən birində gizli səs yazma cihazı aşkarlanıb.
Bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, cihaz sentyabrın 30-da iclas otağındakı televizorun arxasında, USB girişinə qoşulmuş vəziyyətdə tapılıb. Tualet kağızı ilə gizlədildiyi bildirilən cihazın otaqda aparılan söhbətləri qeydə almaq məqsədilə yerləşdirildiyi qeyd olunub.
İddiaya görə, cihaz şirkətin 35 yaşlı mühəndisi, Səudiyyə Ərəbistanı vətəndaşı Abdulrahman Alfozan tərəfindən yerləşdirilib.
Hadisə ilə bağlı Federal Təhqiqat Bürosuna (FBI) məlumat verilib. Cihazın hansı məqsədlə yerləşdirildiyi və hər hansı məxfi söhbətin qeydə alınıb-alınmadığı hələlik məlum deyil.