Gündəm Dün, 21:45

Qohumuna bir gündə 45 mesaj göndərdi, həbs cəzası aldı



Türkiyənin İzmir şəhərində qohumuna bir gün ərzində 45 mesaj göndərən şəxsə 2 ay 15 günlük həbs cəzası verilib.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı şikayətçi qohumunun ona çoxsaylı mesajlar göndərdiyini, narahat edilmək istəmədiyini bildirməsinə baxmayaraq, mesajların davam etdiyini deyib.

İzmir Məhkəməsi təqsirləndirilən şəxsi “Şəxslərin rahatlığını və dincliyini pozma” maddəsinə görə 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.

Təqsirləndirilən şəxsin vəkilinin sonuncu kassasiya şikayəti isə Ali Məhkəmə tərəfindən rədd edilib və cəza yekdilliklə təsdiqlənib.

Xəbər lenti