Gündəm / Dünya 21-02-2026, 20:08

Tramp Ronaldonu Amerikaya çağırdı: "Sənə ehtiyacımız var"




ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldoya müraciət edib.

Planetinfo.az bildirir ki, o, həmin müraciəti X sosial şəbəkəsində paylaşıb:

“Kristiano Ronaldo, sən ən böyüksən. Bizə Amerikada lazımsan. Tez əşyalarını yığ, bizə mümkün qədər tez lazımsan”.

Ətraflı
Xatırladaq ki, fevral ayında Ronaldo klub rəhbərliyindən narazı olduğu üçün “Ən-Nəsr”in oyunlarını boykot edib. Futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən klubun idarə olunmasından narazıdır. KİV-in məlumatına görə, Ronaldo hesab edirdi ki, fond onun komandasına nəzarətində olan digər klublarla, xüsusilə “Əl-Hilal”la müqayisədə daha az diqqət və resurs ayırır. Daha sonra o, yenidən komandanın heyətinə qayıdıb.

Xəbər lenti