"Liverpul"un əfsanəvi simalarından biri olan Stiven Cerrard "Qalatasaray" matçından sonra "sarı-qırmızılılar" haqqında çox danışılacaq ifadələr işlədib.
Planetinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul", 1:0 uduzduğu ilk oyunun revanşında "Qalatasaray"ı 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.
"Qalatasaray"lı futbolçuların tez-tez yerə yıxılmasını tənqid edən Cerrard bunları deyib:
"Qalatasaray başdan-ayağa rüsvayçı idi. Onların yerdə necə yuvarlandıqlarını gördünüz, bu, acınacaqlı mənzərədir. Bir neçə ciddi zədə halı oldu, lakin 'Liverpul' rəqibini çox sıradan bir komanda kimi göstərdi. "
Sözlərinə davam edən ingilis futbolçu, "Liverpul"un daha böyük fərqlə qalib gələ biləcəyini iddia edib:
"'Liverpul' 'Qalatasaray' qarşısında 11:0 və ya 12:0 hesabı ilə qalib gələ bilərdi. Çox rahat qələbə qazandılar."