Gündəm / Siyasət / Dünya 21-03-2026, 19:00

Ada dövləti güclü silkələndi



Antiqua və Barbuda ada dövlətinin sahillərində zəlzələ qeydə alınıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin maqnitudasının 6,5 olduğu bildirilib. Alimlər həmçinin zəlzələnin episentrinin 10 kilometr dərinlikdə yerləşdiyini də dəqiqləşdiriblər. Episentr ölkənin paytaxtı Sent-Condan 1826 kilometr şimal-şərqdə yerləşib.

Hazırda sunami təhlükəsi elan olunmayıb. İtki və ya dağıntı barədə heç bir məlumat daxil olmayıb.

Xəbər lenti