Azərbaycanda avqustun 16-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.