"İranın süqutundan sonra Amerikanın əsas düşməni Demokratlar Partiyasıdır".
Planetinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"İndi, İranın süqutundan sonra Amerikanın ən böyük düşməni son dərəcə bacarıqsız solçu Demokratlar Partiyasıdır", - deyə Tramp bəyan edib.
Martın 22-də ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris "X" sosial şəbəkəsində ölkədə "rejim dəyişikliyinə" çağırıb. Parlamentarinin sözlərinə görə, Yaxın Şərqdəki münaqişə səbəbindən ABŞ daha az təhlükəsiz ölkəyə çevrilib, milyardlarla dollar boşa xərclənir, benzinin qiyməti isə artıb.