Gündəm / Dünya 28-03-2026, 13:56

Qardaş ölkə hərbi əməliyyatlara başladı

Pakistan ordusu müvəqqəti fasilədən sonra Əfqanıstana qarşı hərbi əməliyyatları bərpa edib.

Planetinfo.az Demoktar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Pakistan və Əfqanıstan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin çağırışı ilə Ramazan bayramına görə 19-24 mart tarixləri üçün atəşkəs elan etmişdilər.

İslamabad Əfqanıstan Talibanını Pakistan torpağına hücumlar həyata keçirən islamçı yaraqlıları dəstəkləməkdə ittiham edir.//Demokrat.az

Xəbər lenti