Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Planetinfo.az xəbər verir ki, o, 3-cü yer uğrunda görüşdə rusiyalı Abdullah Parçiyevə qalib gəlib.
Bununla da komandamız qitə birinciliyində ikinci medalını qazanıb.
Daha əvvəl Əhməd Yusifov bürünc medal qazanmışdı.