Gündəm Bugün, 21:00

Ağcabədidə ər arvadını bıçaqladı - YENİLƏNİB



İyulun 16-da, saat 14:30-da xəsarət alması səbəbilə iki nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospilitasiya olunub.

1993-cü il təvəllüdlü kişi və 1999-cu il təvəllüdlü qadın döş qəfəsinin soltərəfli ön səthin kəsilib, deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda hər iki pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

xxx

Ağcabədi rayonunda ər və arvad bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ötən gün günorta saatlarında rayonun Ağabəyli kəndində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev və həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mehparə Ağayeva bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat ediliblər.

İlkin məlumata görə, Əlimərdan Ağayev əvvəlcə həyat yoldaşına bıçaqla xəsarət yetirib, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma davam etdirilir.

Xəbər lenti