Hadisə Bugün, 11:48

Dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb



Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirlib ki, onların 7-si İran, 3-ü Azərbaycan, 2-si Mərakeş, 2-si Nigeriya, 2-si Əlcəzair, 1-i Əfqanıstan, 1-i Türkiyə, 1-i Hindistan, 1-i Pakistan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb.

Xəbər lenti