Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Planetinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.